Milli Məclisin payız sessiyası zamanı parlamentdə 1650 vətəndaş qəbul olunub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov verib.
"Sessiya müddətində ümumilikdə müxtəlif mövzularla bağlı 1300 ərizəyə baxılıb. 2009-cu il ərzində parlamentdə qəbul olunan vətəndaşların sayı isə 4968 olub. Bu isə 2008-ci illə müqayisədə 6,5 faiz azdır",-deyə A.Nəsirov vurğulayıb.
|