Hərbi təhqiqat Əfqanıstan hərbi bazasında “Qurani-Kərim”i yandırdıqlarına görə NATO-nun 7 əsgərinə qarşı inzibati cəza tətbiq olunmasını tövsiyə edib. Hadisə haqqında hesabat Pentaqona göndərilib və hazırda araşdırılır. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin nümayəndəsi bildirib.
Əsgərlərin fevral ayında “Qurani-Kərim”i yandırması iğtişaşlara və NATO-nun Əfqanıstandakı bazalarına basqınlara səbəb olub.
|