Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində və Xəzər dənizi üzərində uçuş peşəkarlığının artırılması məqsədi ilə təlim-məşq uçuşları yerinə yetirilir. “KƏLAMİNFO” xəbər verir ki, məlumatı FHN yayıb.
Təlim-məşq uçuşlarında nazirliyin “Mİ-17” və “Ka-32” tipli 2 ədəd vertolyotu və “BE-200 ÇS” tipli amfibiya təyyarəsi iştirak edir.
|