İran və dünya liderlərinin nüvə proqramıyla bağlı danışıqlardakı mövqeləri o qədər fərqlənir ki, ortaq məxrəcə gəlmək çox çətin məsələdir. Moskvada İran və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü üstəgəl Almaniyanın 5+1 formatındakı danışıqlarından sonra Rusiya Xarici İşlər Nazirliyindən belə deyiblər. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, danışıqlar bu gün də davam etməlidir, amma Rusiya rəsmiləri bunun kifayət etməyəcəyini bildirirlər.
Qərb dövlətlərini təmsil edən Avropa Birliyinin Xarici Siyasət Komissarı Ketrin Eşton deyib ki, onlar İranın iyulun 1-dən qüvvəyə minəcək neft embarqosunu dayandırmaq şərtini qəbul etməyəcəklər.
|