Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Ermənistan Ordusunun bölmələri iyunun 5-də saat 18.00-dan iyunun 6-sı səhər saat 08.00-dək qoşunların təmas xəttinin bütün istiqamətlərindən atəşkəs rejimini pozub. Atışmalar intensiv xarakter daşımasına baxmayaraq, Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
|