Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsində 6 hərbçinin ölümü ilə nəticələnən ağır hadisə baş verib. Müdafiə Nazirliyin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, yanvarın 28-də saat 18.00 radələrində N saylı Hərbi Hissədə 2 əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Sonra əsgərlər özlərini güllələyərək öldürüblər. Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb, hazırda araşdırma aparılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
|