ABŞ Prezidenti Barak Obama Bakıda keçirilən XIX beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası-2012” sərgisi iştirakçılarına və Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. “KƏLAMİNFO” xəbər verir ki, məktubu sərginin bugünkü açılışında ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq oxuyub. Məktubda Barak Obama bildirir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır. ABŞ Prezidenti məktubunda Azərbaycan ilə ABŞ-ın diplomatik münasibətlərinin qurulmasının 20 illiyini vurğulayıb, ötən illər ərzində Azərbaycanın bu münasibətlərdə vacib rol oynadığını bildirib.
|