Azərbaycan və Ermənistanın xarici işlər nazirləri iyunun 18-də Parisdə görüşəcəklər. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, habelə cəbhə xəttində son günlər baş verən insidentlər müzakirə olunacaq.
|