“Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər cəbhə xəttindəki gərginlik, ölüm halları olacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Qazaxda cəbhə xəttində ermənilərin atəşi nəticəsində 5 azərbaycanlı hərbçinin öldürülməsinə münasibət bildirərkən deyib. “Bu münaqişə öz-özünə həll olunan deyil” qənaətində olan nazir: “Odur ki, Ermənistan rəhbərliyi bilməlidir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yenilənmiş Madrid prinsipləri əsasında hansısa razılıq əldə edilməli və sonra böyük sülh sazişi imzalanmalıdır” çağrışıyla Ermənistan rəhbərliyinə müraciət edib.
|