Müəllimlər və həkimlərə dövlət qulluğuna uyğun xüsusi status veriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov bildirib.
Onun sözlərinə görə, sözügedən məsələ ilə bağlı Konsepsiya layihəsi hazırlanaraq hökumətə təqdim edilib. Hazırda həmin Konsepsiyaya hökumətdə baxılır.
|