“Azərbaycanın müstəqilliyinin ilk illəri vaxtı QHT-lər ilə siyasi partiyaların mahiyyəti eyni idi. Ona görə də o dövrdə hakimiyyət QHT-lərin mahiyyətini anlamırdı”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri bu gün Beynəlxalq Mətbuat Mərkəzində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən “Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu” adlı konfransda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
O qeyd edib ki, o dövrdə QHT-ləri anlamayan hakimiyyət öz fəaliyyətinin mahiyyətini də bilmirdi. “Müstəqilliyin ilk dövrlərində hakimiyyət və QHT-lər bir-birinə rəqib kimi baxırdılar. 1998-ci ildə Azərbaycanda “Qrantlar haqqında” qanunu qəbulu ilə QHT-lərin fəaliyyətinə təkan verildi. 1998-2002-ci illərdə münasibətlər artıq yaxşılaşmağa başladı və bu gün bizim hakimiyyət olaraq QHT-lərin yanında üzümüz ağdır” - deyə o əlavə edib.
|