Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Ağstafa şəhərində ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirir. KƏLAMİNFO xəbər verir ki, tədbirdə TQDK sədri Məleykə Abbaszadə 2009/2010-cu tədris ili üçün keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış edib.
Zona müşavirəsində TQDK-nın əməkdaşları, ekspertləri, eləcə də Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının Təhsil Şöbələrinin rəhbərləri, adı çəkilən rayonların qabaqcıl məktəblərinin direktorları və müəllimləri iştirak ediblər.
|