Əfqanıstanın cənubunda kamikadzenin hücumu nəticəsində 2 NATO əsgəri həlak olub. Uruzqan əyalətinin rəhbərliyi həmçinin hücum nəticəsində 2 uşaq da daxil olmaqla bir neçə dinc sakinin yaralandığını xəbər verib. Həmçinin ötən gün Kunar əyalətində NATO bazasının raket atəşinə tutulması nəticəsində 2 əsgər ölüb, 6-sı isə yaralanıb. Təkcə bu il Əfqanıstanda 156 NATO əsgəri öldürülüb.
|