“Azərbaycan həm Rusiyanın himayə etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT), həm də NATO-ya daxil olmağa çalışmadığını göstərərək, balanslı gediş edərək Qoşulmama Hərəkatına üzv oldu”.
Bunları “KƏLAMİNFO”ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.
Deputat qeyd edib ki, hazırda Latın Amerikası ölkələrində, Pakistanda Ermənistanın işğalı, Xocalı soyqırımının tanınması prosesi gedir və bu digər yerlərdə də davam edəcək. “Bu baxımdan Azərbaycan bu məsələdə müəyyən dəstəyi Qoşulmama Hərəkatı çərçivəsində də səfərbər edə bilər. Ona görə də Azərbaycan bu hərəkatda iştirakda nəinki heç nə itirmir, əksinə, əlavə siyasi dəstək əldə edir. Bu baxımdan hesab edirəm bəzi qüvvələrin bizim bu hərəkata qoşulmamız barədə mənfi rəy formalaşdırması yersizdir”-deyə Z.Oruc vurğulayıb.
|