Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova Gürcüstanın Batumi şəhərinə səfəri çərçivəsində İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, İsveçrə - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristin Yeqerzeqi-Obristlə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
Görüşdə ötən ilki seçkilərdən sonra İsveçrə parlamentinin yeni dostluq qrupu ilə Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-İsveçrə qrupu arasında gələcəkdə əməkdaşlığın dərinləşməsi, ATƏT PA-dakı Azərbaycan və İsveçrə nümayəndə heyətlərinin qarşılıqlı dəstəyi məsələləri müzakirə olunub.
Qeyd edək ki, B.Muradovanın başçılıq etdiyi nümayəndə heyəti mayın 12-dən 15-nə qədər Batumidə ATƏT PA-nın tədbirinə qatılıb.
|