Prezident İlham Əliyev MDB üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiyanın paytaxtı Moskvaya işgüzar səfərə yola düşüb. “KƏLAMİNFO”nun məlumatına görə, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
|