Bu gün Zaqatala rayonu ərazisində yenidən zəlzələ olub. Məlumatı “KƏLAMİNFO”ya AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən veriblər. Mərkəzin yaydığı ilkin məlumatlara əsasən, yerli vaxtla saat 09:54:13-da, Zaqataladan 3.4 km Cənubi-Şərqdə zəlzələ qeydə alınıb. Episentrdə 5 bala yaxın, episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub. İnsan tələfatı yoxdur. Xatırladaq ki, ötən həftə Zaqatalada 7 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində dağıntı olub, insan tələfatı olmayıb.
|