Bu gün səhər Tehranda 24 yaşlı “İsrail casusu” olduğu bildirilən gənc edam olunub. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, yerli televiziyanın yaydığı məlumata görə, o, iranlı nüvə alimini öldürməkdə günahkar bilinib. Məcid Camali Faşi professor Məsud Əki Məhəmmədini 2010-cu ilin yanvarında öldürüb. İstintaq zamanı o bildirib ki, digər qətllər törətməyə hazırlaşırmış. Lakin sonra bunları icra etməkdən boyun qaçırıb. Faşi İsrail xüsusi xidmət orqanlarının sifarişi ilə hərəkət etdiyini də boynuna alıb.
|