Pakistan rəhbərliyi NATO-nun Əfqanıstandakı qoşunları üçün yük daşınması ilə bağlı ərazisindən istifadəni müzakirə edir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Pakistan rəhbərliyi keçən ilin noyabrında ABŞ-ın səhv hava zərbələri nəticəsində 24 hərbçisinin öldürülməsindən sonra yolu bağlamışdı. Bundan sonra Vaşinqton və İslamabad arasındakı münasibətlər pisləşmişdi. ABŞ Pakistan hərbçilərinin ölümünə görə təəssüflənmişdi. Ancaq üzr istəməkdən imtina etmişdi.
|