Almaniya kansleri Angela Merkel rəhbəri olduğu mühafizəkar partiyanın regional seçkilərdəki məğlubiyyətini “acı və ağrılı” hadisə kimi qiymətləndirib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, amma xanım Merkel bu məğlubiyyətin onun Avropada ixtisar siyasətinə təsir göstərməyəcəyini bildirib. Angela Merkel mətbuat konfransında deyib ki, Şimali Rayn-Vestfaliya vilayətindəki məğlubiyyət onu zəiflətməyəcək. O, Avropanın üzləşdiyi borc böhranını həll etmək yönümündə işləyəcəyini bəyan edib. Bəzi təhlilçilər Şimali Rayn-Vestfaliya seçkilərinin federal miqyasda növbəti seçkilərin gedişatına işarə olduğunu güman edirlər. Həmin seçkilərdə kansler Merkel ikinci müddətə hakimiyyət uğrunda mübarizə aparacaq.
|