İranda mühafizəkar deputatlardan olan Əhməd Lütfi Astiani karikaturaçı Mahmud Sokrayeyə qarşı iddiasını geri götürüb. Onun iddiası ilə rəssam bu ayın əvvəlində 25 şallaq cəzasına məhkum edilmişdi. Karikaturaçı onu futbolçu kimi təsvir etmişdi. Çünki İranda həmin deputatı idmana müdaxilələri ilə tanıyırlar. Rəssamın şallaqlanması cəzası ölkədə və ondan kənarda ciddi tənqidlərə səbəb olmuşdu.
|