“İsrail mığmığadan başqa bir şey deyil. O, böyük milləti əyə, sındıra bilməz”. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu sözləri İran prezidenti Mahmud Əhmədinejad Xorasan vilayətində deyib. Onun sözlərinə görə, sionist rejimi dağıtmaq üçün müharibəyə başlamaq heç də şərt deyil. Region dövlətləri sadəcə sionist rejimlə əlaqəni kəssələr və ona çəpəki baxsalar, onda bu, sionist rejimin dağılması üçün bu kifayət edəcək. Əhmədinejad həmçinin ABŞ-ın Fars körfəzi ölkələrindəki müttəfiqlərinin də tənqid edib.
|