Müəllimlərin işə qəbulu ilə bağlı qaydalarda hansısa dəyişiklik olmayacaq. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.
M.Mərdanov bildirib ki, işə qəbulla bağlı imtahanların yalnız Bakıda deyil, digər bölgələrdə də keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bura Gəncə, Lənkəran, Şəki, Şirvan və Mingəçevir şəhərləri aiddir. Hamının Bakıya imtahan vermək üçün gəlməsinə ehtiyac olmadığını söyləyən nazir imtahan qaydalarında ciddi dəyişikliyin olmayacağını vurğulayıb.
|