Serbiyada müxalifətdə olan Tərəqqipərvər Partiyasının lideri Tomislav Nikoliç rəqibi Boris Tadiçi mayın 6-da keçirilmiş prezident seçkilərini saxtalaşdırmaqda ittiham edib.
“KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, söhbət əlavə bülletenlərin çapından gedir.
Mayın 20-də keçiriləcək prezident seçkisinin ikinci mərhələsində Nikoliçlə Tadiç mübarizə aparacaq. Nikoliçin partiyası həm də mayın 6-da keçirilmiş parlament seçkisində liderlik etsə də, təkbaşına hökumət yarada bilmir. Boris Tadiçin Demokrat Partiyası sosialistlərlə koalisyon hökumət yaratmaq razılığına gəliblər.
|