Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun müalicəsi azı 1 ay sürəcək. Bunu almaniyalı həkim Lutz Harms Xarkov xəstəxanasında Timoşenkonu müayinə etdikdən sonra jurnalistlərə açıqlamasında deyib. “KƏLAMİNFO” “Rosbalt”a istinadən xəbər verir ki, o, artıq müalicənin təyin edildiyini və hazırda Timoşenkonun aclıq vəziyyətindən çıxarıldığını bildirib.
7 illik həbs cəzası çəkən keçmiş baş nazir həbsxanadan xəstəxanaya köçürülməsinə bir şərtlə razılıq verib ki, müalicəni almaniyalı həkim Lutz aparsın.
|