Ermənistanda parlament seçkilərini izləmiş ATƏT müşahidəçiləri bildiriblər ki, demokratik prosesdə bəzi çatışmazlıqlar səsvermənin nəticələrinə inamı sarsıdıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, ATƏT-in bəyanatında deyilir ki, seçki kampaniyasında azad toplaşmaya və ifadə azadlığına hörmət qoyulub, ancaq səsvermənin özü siyasi partiyaların və bütövlükdə ictimaiyyətin seçki prosesinin bütövlüyünə inamsızlığından zərər çəkib.
|