Fransanın yeni prezidenti Fransua Olland baş naziri mayın 15-də təyin edəcək. “KƏLAMİNFO” “AFP”-yə istinadən xəbər verir ki, Ollandın seçki qərargahının rəhbəri Pyer Moskovisi bildirib ki, Olland yaxın günlərdə beynəlxalq məsələlər və gələcək hökumətin işi ilə məşğul olacaq. Hazırda baş nazir vəzifəsini Fransua Fiyyon tutur.
|