Bu gündən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) cari tədris ilin üçün keçirdiyi sonuncu sınaq imtahanına yazılış başlayır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Sonuncu sınaq imtahanı may ayının 27-də keçiriləcək. İmtahan iştirakçılarına yeni (4 nömrəli) test kitabçası təqdim olunacaq. İmtahan Bakı şəhəri ilə yanaşı respublikanın bir sıra şəhər və rayonlarında keçiriləcək.
|