“Eurovision–2012”nin ən cazibədar xanımı və ən yaraşıqlı kişi təmsilçisi bəlli olub. “KƏLAMİNFO” xəbər verir ki, bunu dəqiqləşdirmək üçün Xorvatiyanın eurosong.hr saytı maraqlı səsvermə keçirib və ən cazibədar xanım və yaraşıqlı oğlan təmsilçi müəyyən olunub. Səsvermənin nəticələrinə görə, “Eurovision” Mahnı Müsabiqəsi 2012-nin ən cazibədar qadın iştirakçısı 42.2%-lə Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou, ən yaraşıqlı kişi təmsilçi isə Almaniya təmsilçisi Roman Lob seçilib. Qeyd edək ki, keçirilən səsvermə nəticəsində xanım təmsilçilər arasında 26.91%-lə Maya Sar (Bosniya və Herseqovina), 14.22%-lə Elena İonescu (Rumıniya), 10.55%-lə İvi Adamou (Kipr), 6.12%-lə Anqun (Fransa), kişi təmsilçilər arasında isə 29.11%-lə Jónsi (İslandiya), 16.66%-lə Kurt Kalleya (Malta), 12.21%-lə Paşa Parfeny (Moldova), 6.57%-lə Ott Lepland (Estoniya) ilk beşlikdə qərarlaşıblar.
|