Təhsil naziri Misir Mərdanov orta məktəb gündəliklərində yer alan reklamlara münasibət bildirib. “KƏLAMİNFO”nun məlumatına görə, nazir deyib ki, belə bir təcrübə digər ölkələrdə də mövcuddur: “Mən digər ölkələrin gündəliklərinə də baxmışam və onların gündəliyində reklamların olduğunu görmüşəm. Hesab edirəm ki, bu, şagirdlərdə heç bir çaşqınlıq yaratmaz”.
Nazir deyib ki, gündəliyi nəşriyyat çap edir və bütün bu suallara onlar cavab versə, daha yaxşı olar.
|