Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 2012-ci ilin aprel ayı ərzində 384 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, daxil olmuş müraciətlərin 201-i (59-u əsaslı, 142-si isə əsassız) şikayət, 91-i sorğu xarakterli, 20-si aidiyyəti üzrə deyil, 72-si isə cari problemlərlə bağlı olub.
“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.
|