Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ili üçün sonuncu sınaq imtahanının vaxtını açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
May ayının 20-də cari tədris ili üçün sonuncu sınaq imtahanı keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Tovuz, Qazax, Şəki, Zaqatala, Yevlax, Mingəçevir, Lənkəran, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan və Salyan şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında keçiriləcək.
|