Aprelin 30-dan mayın 4-ə qədər Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə “Sən də bir həyat ver” adlı qanvermə aksiyası keçirəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər.
Gerçəkləşən qanvermə aksiyasının əsas məqsədi talassemiya (hemoqlobin istehsalı zamanı yaranan zülal çatışmazlığı) xəstəliyindən əziyyət çəkən uşaqlara diqqətin artırılması və onlara qan verən gənc donorlar vasitəsi ilə köməkliyin göstərilməsidir.
Aksiyada 250-dən artıq gəncin iştirakı nəzərdə tutulub. Qanvermə aksiyası 30 aprel tarixdə, saat 11:00-da Respublika Qan Bankında baş tutacaq.
|