ABŞ-ın müdafiə naziri Leon Panetta bir zamanlar narkotik müharibələrindən sarsılan Kolumbiyanın indi Latın Amerikası ölkələrində narkotiklərə qarşı mübarizəyə liderlik etdiyini bildirib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, nazir bu sözləri bir həftəlik Cənubi Amerika səfərinin ilk dayanacağı olan Boqotada deyib.
Leon Panetta Kolumbiya prezidenti Huan Manuel Santosla görüşüb, Cənubi Amerika qüvvələrinin yerləşdiyi hərbi hava bazasını ziyarət edib. ABŞ-ın müdafiə naziri səfəri çərçivəsində Braziliya və Çilidə də olacaq.
|