BMT-nin və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Kofi Annan Suriyada zorakılıqların qarşısının alınması üçün müşahidəçilərin sayının artırılmasına çağırıb. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, iki həftə əvvəl Suriyaya BMT-nin 11 müşahidəçisinin gəlməsinə baxmayaraq, ölkədə qanlı qarşıdurmalar davam edir. BMT Suriyaya göndərəcəyi müşahidəçilərin sayını 300-ə çatdırmaq istəyir.
|