Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfərə yola düşüb. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər zamanı Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşü nəzərdə tutulur.
Elmar Məmmədyarov eyni zamanda, Böyük Britaniyanın Avropa Məsələləri üzrə Naziri Devid Lidinqton və Böyük Britaniya Parlamentinin Britaniya-Azərbaycan qrupunun üzvləri ilə də görüşəcək.
|