Rusiyanın baş naziri Vladimir Putin dövlət başçısı Dmitri Medvedyevə “Vahid Rusiya” Partiyasının sədri postunu təklif edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Putin mayın 7-də keçiriləcək andiçmə mərasimindən sonra partiyaya rəhbəri səlahiyyətlərini təhvil verəcəyini bildirib: “Bizim siyasi təcrübədə prezident partiya fövqündə duran bir fiqur hesab olunur. Ona görə də partiya rəhbərliyindən və üzvlərindən mayın ikinci yarısında növbədənkənar qurultay çağırmağı xahiş edəcəm. Dmitri Medvedyev əvvəllər Vahid Rusiya Partiyasına başçılıq edib. Onu baş nazir postuna namizəd irəli sürəcəm. Onun həm də partiyaya rəhbərlik etməsi düzgün olardı”.
|