Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ-a səfər edib.
DİP-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, o, səfər çərçivəsində ABŞ-ın bir sıra ştatlarının Senat və Konqreslərində keçirilən tədbirlərdə iştirak edəcək.
Millət vəkili həmçinin Vaşinqtonda Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunan beynəlxalq konfransa qatılacaq.
|