Yanvarın 23-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının beynəlxalq əlaqələrinə həsr olunan mətbuat konfransı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-nun mətbuat xmidmətindən veriblər.
Konfransda universitetin nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankara şəhərinə səfəri, Hacəttəpə və Ankara universitetləri ilə imzalanan əməkdaşlıq müqaviləsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova və Tərcümə fakültəsinin dekanı, professor Vilayət Hacıyevin iştirak edəcəyi tədbir İnformasiya Resurs Kompleksində təşkil olunacaq.
|