Misir parlamenti Hüsnü Mübarək rejimində yüksək vəzifə tutmuş şəxslərin 10 il siyasətlə məşğul olmasını qadağan edib. Qanun 2001-ci ildən 2011-ci ilin fevralına qədər yüksək post tutmuş şəxslərə şamil olunacaq.
Qanun Ali Hərbi Şuranın razılığından sonra qüvvəyə minə bilər. Bunun Hüsnü Mübarək rejimində vitse-prezident postu tutmuş Ömər Süleymanın prezident seçkisində iştirakına imkan verməmək məqsədi daşıdığı bildirilir.
Misirdə prezident seçkisi mayın 23-24-də keçiriləcək.
|