Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəbə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərə xəbərdarlıq edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Bildirilir ki, elektron ərizə vermək üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən abituriyentlər Azercell, Bakcell və NAR Mobile nömrələrindən 7725 nömrəsinə boş SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq.
|