Bu ayın sonunda rezidentura hazırlığı üzrə yeni qəbul proqramları açıqlanacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı 2012/2013-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başlanması ilə əlaqədar keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib.
O qeyd edib ki, hazırda rezidenturaya qəbulla bağlı təkmilləşdirmə işləri Azərbaycan Tibb Universiteti və Səhiyyə Nazirliyi ilə birgə aparılır. Bu məqsədlə müvafiq təhsil müəssisələrinin nümayəndələri və mütəxəssislərin iştirakı ilə seminarlar keçirilir.
|