“Dərsliklərdə elə də ciddi problem yoxdur. Ancaq bununla belə, tapşırıq vermişəm ki, dərslikləri hazırlayan qurumlar, nəşriyyatlar, Təhsil Nazirliyinin müvafiq şöbəsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri ilə tez-tez görüşsün və mövcud problemləri aradan qaldırsınlar”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov deyib.
M.Mərdanov son aylarda artıq bir neçə belə görüşün olduğunu bildirib: “Müəyyən edilib ki, doğrudan da müəyyən çatışmazlıqlar var. Bu, mümkündür, heç zaman mütləq düzgün dərslik olmayıb. Amma yaxşı olar səhvlər və nöqsanlar daha az olsun. Bu istiqamətdə ciddi addımlar atılır”.
|