Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-da nəşr olunan “Foreign Policy” dərgisində Azərbaycanın öz aerodromlarını İsrailin sərəncamına verməsi barədə dərc olunan məqaləyə münasibət bildirib. “KƏLAMİNFO”nun məlumatına görə, E.Məmmədyarov deyib ki, Azərbaycanla İran arasında dostluq və qonşuluq münasibətləri var və ona görə də belə təkliflər və təşəbbüslər olsa, Azərbaycana buna müsbət cavab verməyəcək.
O, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Naxçıvanda qəbul etdikləri bəyannamədə dostluq münasibətlərinin qeyd olunduğunu xatırladıb.
Qeyd edək ki, ABŞ-da nəşr olunan “Foreign Policy” dərgisində Azərbaycanın öz aerodromlarını İsrailin sərəncamına verdiyi barədə məqalə dərc olunub.
|