Macarıstan parlamenti prezident Pal Şmittin istefasını qəbul edib. O, öz vəzifəsindən elmi dissertasiyasını yazarkən plagiata yol verməsi ittihamı ilə bağlı qalmaqalla əlaqədar gedib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, 6 deputat bitərəf qalmaqla, 338 deputat prezidentin istefasının lehinə, 5 deputat əleyhinə səs verib.
Macarıstanın dövlət başçısı vəzifəsini müvəqqəti olaraq Macarıstan Dövlət Məclisinin (parlament) sədri Laslo Kyover icra edəcək.
|