Aprelin 3-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana rəsmi səfər edəcək. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər zamanı Sergey Lavrovun Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, həmçinin, Baş nazir Artur Rasi-zadə ilə, Milli Məclisin sədri Oqtay Əsədovla və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur.
Səfər çərçivəsində S.Lavrov XİN-də mətbuat konfransı da təşkil edəcək.
|