Gələn həftə Avropa Parlamentinin 37 üzvündən ibarət nümayəndə heyəti Azərbaycana gələcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Avropa İttifaqının Azərbaycan nümayəndəliyindən veriblər. Nümayəndə heyətinə Kristian Vigenin rəhbərlik edəcək.
Səfərdə məqsəd aprelin 2-4-ü tarixlərində Bakıda keçiriləcək “Avronest” PA-nın plenar sessiyasında iştirak etməkdir.
Qeyd edək ki, “Şərq əməkdaşlığı”nın üzvü olan ölkələrin Parlament Assambleyası - “Avronest”in plenar sessiyası Bakıda keçiriləcək.
“Avronest” PA Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələr – Azərbaycan, Ukrayna, Belarus, Moldova, Gürcüstan və Ermənistan təmsilçilərini birləşdirir.
|