Hondurasın şimalında San-Pedro Sul şəhərindəki həbsxanada yanğın olub. Yanğın nəticəsində azı 13 adam ölüb. Yanğın həbsxanada məhbuslar arasında qarşıdurmadan sonra baş verib.
“KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Hondurasın təhlükəsizlik naziri Pampeo Bonilla bildirib ki, baş verən hadisə ölkə həbsxanalarındakı ağır vəziyyətin göstəricisidir. Bir ay əvvəl başqa bir şəhərdə Komayagua həbsxanasındakı yanğın nəticəsində 360 adam ölmüşdü.
|