Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Vaşinqtonda Azərbaycan regional lider kimi xarakterizə edilib
    ABŞ-ın aparıcı analitik mərkəzlərindən biri olan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (Center For Strategic&International Studies) “Xəzər hövzəsində inkişafın perspektivləri: ABŞ-la diplomatik münasibətlərin iyirmi illiyi” mövzusunda konfrans keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ABŞ-dakı səfirliyimizdən veriblər. Diplomatik münasibətlərin iyirmi illiyi” və “İqtisadi inkişafa gedən yol: enerji, boru kəmərləri və iqtisadi islahatlar başlıqlı iki paneldən ibarət olan konfransın aparıcıları “Heritage” Fondunun eksperti Ariel Kohen və Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin mütəxəssisi Janusz Bugajski olub. Konfransda Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri Frederik Star, Yaxın Şərq İnstitutunun araşdırmacısı Aleks Vatanka (Alex Vatanka), Jamestown Fondunun prezidenti Qlen Hovard (Glen Howard), Corc Vaşinqton Universitetinin professoru Marlene Laruelle, BP-nin Vaşinqtondakı ofisinin baş direktoru Qreq Saunders (Greg Saunders), Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ-dakı səfirliyin iqtisadi məsələlər üzrə müşaviri Nərgiz Qurbanova, Gürcüstanın ABŞ-dakı səfirliyinin müvəqqəti işlər vəkili David Rakviaşvili və Dünya Bankının Azərbaycan üzrə mütəxəssisi Raşmi Şankar (Rashmi Shankar) çıxış edib. F.Star və A.Kohen çıxışlarında Azərbaycanın regionda artan rolu barədə yekdil fikirlərini bölüşərək, Azərbaycanın enerji təhlükəsizliyinin təminində və ekstremizm və terrorçuluğa qarşı mübarizədə töhfəsindən bəhs edib, o cümlədən ABŞ və İsraillə sıx əməkdaşlıq münasibətlərinin, bu yaxınlarda İsrail və ABŞ vətəndaşlarına qarşı sui-qəsdin qarşısının alınmasının təqdirəlayiq hal olduğunu xüsusilə vurğulayıblar. Q.Saunders isə Azərbaycanı Avropanın enerji tələbatının ödənilməsi və enerji təhlükəsizliyinin təminində mühüm aktyor kimi xarakterizə edərək, Azərbaycanın Avroatlantik inteqrasiya istiqamətinə sadiqliyinin mühüm element olduğunu qeyd edib. N.Qurbanova son illər ərzində Azərbaycanın yüksəlməkdə olan iqtisadi göstəricilərinə istinad edərək, Azərbaycanın artıq sərmayə yatıran dövlət olduğunu bildirib, bu xüsusda Azərbaycanın Gürcüstanda ən böyük vergi ödəyicisi, Türkiyədə isə ən irimiqyaslı layihənin müəllifi olduğunu diqqətə çatdırıb. Konfransın yekununda əsas natiq qismində çıxış edən səfir Elin Süleymanov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş regional inteqrasiya və qonşu dövlətlərlə əməkdaşlıq strategiyasının prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın Türkiyə və Gürcüstanla əlaqələrinin nümunəvi qonşuluq münasibətlərinin bariz nümunəsi olduğunu vurğulayıb. Səfir həmçinin ABŞ-ın regionla bağlı uzunmüddətli strategiyasının olmasının vacibliyini vurğulayıb və regionun hərtərəfli inkişafının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən asılı olduğunu bildirib.
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 28.03.12 | Baxılıb: 137

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30