Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il silsilə tədbirlər keçirəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, bu il TQDK-nın yaranmasında 20 il keçir və silsilə tədbirlər də bu münasibətlə keçiriləcək.
Qeyd edək ki, SSRİ dağıldıqdan sonra 1992-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə yeni qəbul qaydaları təsdiq olunaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yaradılıb.
|